"Qəbələ"nin müdafiəçisi Rikardinyo Premyer Liqanın 10-cu turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportal.az-a müsahibə verib.
- “Neftçi”ni 4:1 hesabı ilə darmadağın etdiz…
- Son oyunda xal itirmidik. Bu görüşə ciddi hazırlaşmışdıq. Bu səbəbdən rəqibimizi darmadağın etdik. İlk dövrədə də inamlı qələbə qazanmışdıq. Yaxşı oynadıq və 4 qolla qalib gəldik. Öz oyunumdan da razı qaldım.
- Çempionatın ilk 7 turunda “Qəbələ” qapısından qol buraxmamışdı, amma son 3 turda Bezotosnı qapısında 4 qol görüb...
- “Quru seriya”nı saxlamaq çətindir. Çempionatda zəif rəqib yoxdur. Autsayder komandalara qarşı oynamaq da çətindir. Təbii ki, qol səhvlərə görə vurulur.
- “Sent-Etyen”lə cavab qarşılaşması barədə nə söyləyə bilərsiz?
- Rəqib güclü komandadır. İlk görüşdə xal qazana bilərdik, yaxşı mübarizə aparmışdıq. Şanssızlıq yaşayaraq qapıları səhv saldım və avtoqol müəllifi olmuşdum. Cavab oyununda yaxşı mübarizə aparacağıq və qələbəyə köklənəcəyik. 3 tur ərzində xal qazanmamışıq, amma oyunlarda zəif çıxış etməmişik.
- Avropa Liqasının III təsnifat mərhələsində “Lill”i doğma meydanda məğlub etmişdiz. Növbəti Fransa klubunu əliboş yola sala biləcəksiz?
- Əldə etdiyimiz şansları dəyərləndirsək, qələbə qazana bilərik. Kompakt oynamalıyıq və müdafiə xəttində səhvə yol verməməliyik. Rəqiblə başabaş mübarizə aparacağıq. İstəyirik ki, qalib gələk.
- Növbəti mərhələ şanslarını necə dəyərləndirsiz?
- Şans var, amma çətindir. Bizim 3 oyunda qalib gəlməyə ehtiyacımız var.