"Qarabağ" səfərdən qələbə ilə dönür YENİLƏNİB

01:53 - 4 Noyabr 2016

Bu gün UEFA Avropa Liqasında 4-cü turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. Bu matç Ağdam klubunun qrupdan çıxmaq üçün vacib matçıdır. Əgər Qurban Qurbanovun komandası səfərdə qalib gəlsə, növbəti mərhələ şanslarını xeyli yüksəldəcək. Bu səbəbdən qarşılaşmanı “köhlən atlar” üçün ölüm-dirim mübarizəsi adlandırmaq olar. Oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Avropa Liqası
4-cü tur
3 noyabr

J qrupu


00:05. PAOK (Yunanıstan) – “Qarabağ” 0:1

QOL: Miçel, 69

Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mater
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. “Tumba” stadionu

Xəbər xətti