Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Qəbələ" - "Sent Etyen" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti şərh edib.
- Birinci hissədə baş verənlərlə bağlı fikirlərinizi bildirərdiz. Nə baş verdi?
- Hakimin qərarlarıdan narazı idim. Ona görə də emosional davrandım. Belədə ki, peşiman deyiləm.
- Həmişə deyirdiz ki, təcrübə yığırıq. Bəs təcrübəli "Qəbələ"ninə vaxt görəcəyik?
- Bir şey demək istəmirəm. Bu, 4-cü oyunumuz idi. Rəqiblə başabaş oynadıq və bu da komandamızın ikişafını göstərir.
- Razısızmı iki kobud səhvdən s0nra qələbəni əldən verdiz?
- Belə deməzdim. Yalnız ikinci qolun səhvdən vurulduğunu bildirə bilərəm. Düşünməyin ki, bu Rəşadın səhvi idi və bağışlamamalıyam. Xeyr, əksinə onu dəstəkləyirəm və buna görə qınamıram.
- Hakim səhvlərinin oyuna təsiri oldu? Bir də Bezotosnının səhvinə görə cəza gözlənilir?
- Belə suallar verildiyinə görə təssüf hissi keçirirəm.
- Təsnifat mərhələsində gördüyümüz Uiksi indi görmürük. Nə baş verir?
- Deməzdim ki, pis çıxış etdi. Ola bilsin əvvəl dayaq yarımmüdafiəçisi oynadığına görə oyunu kifayət qdər alınmadı.
- Son iki oyundan necə istifadə etməyi düşünürsüz? Onsuz da "Qəbələ"nin itirəcəyi nəsə qalmayıb.
- Son iki oyunda şans qalmayıb. Amma hər oyunda təcrübə yığmaq imkanımız var. Fikrimcə futbolçular da mənim kimi yanaşır. Hansısa futbolçunun fərqli yanaşması məni təəccübləndirər.
- Bəzən baş məşqçilər oyunu tribunadan izləyirlər. Sizcə tribunadan "Qəbələ" necə görünürdü?
- Təbii ki, baş məşqçi öz yerində olmalıdı. Amma tribunadan baxanda meydança çox yaxşı görünür. Çalışmaq lazımdı ki, öz yerində qalasan. (gülür)
- "Qəbələ" həm ötən, həm də indiki mövsümdə təsnifat mərhələsində göstərdiyi oyunu indi göstərmir. Bu çempionatın zəif keçməsi ilə əlaqədardı?
- Razılaşmıram...
saytlarin hazirlanmasi