Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin IV turunda öz meydanında "Sent Etyen"ə 2:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin futbolçusu Rəşad Eyubov fikirlərini bildirib:
- Qarşılaşma haqda fikirləriniz necədir?
- Rəqib səhvlərimiz sayəsində qollar vurdu. Məncə, onlar ciddi hücumlar etmədilər. Məğlub olduğumuza görə təəssüflənirəm.
- Sent-Etyen” məcbur edirdi ki, "Qəbələ” səhv etsin, bəs "Qəbələ” niyə əksini edə bilmədi?
- Mən belə deməzdim. Bizim qol vurmaq üçün imkanlarımız oldu. Vurduğumuz qol zamanı da rəqib qapıçı səhv etmişdi.
- Oyunun qırılma nöqtəsi Poqbaya qırmızı vərəqə verilməməsi ola bilərmi?
- Məncə, həmin epizodda hakim səhv etdi. Poqba qırmızı vərəqə almalı idi. Buna deməyə başqa söz tapa bilmirəm.
- Qrupda iki oyununuz qalıb. Həmin oyunlarda əsas motivasiyanız nə olacaq?
- Bundan sonra ancaq imic üçün oynayacağıq. Bacardığımız qədər xal toplamaq istəyirik.