Ruslan Qurbanov: "İstəyirik ki, qrupda ən azından bir qələbə qazanaq" MÜSAHİBƏ

11:40 - 4 Noyabr 2016

“Qəbələ”nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda  "Sent-Etyen"lə  oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Əlimizdən gələn hər şeyi etdik. Fasiləyə qədər qol buraxmamalıydıq. Bu haqda danışmaq artıq gecdir. İlk hissədə buraxdığımız qol epizodunda cərimə zərbəsi qərarı doğru deyildi. Lakin bu futboldur, hər şey baş verə bilər. Bütün gücümüzü xal qazanmaq üçün ortaya qoyduq. Azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Qarşıdan gələn AZAL-la matçı düşünməliyik.

 

- Baqali Dabonun yoxluğu hiss olunurdu?
- Hücuma çıxarkən onun yoxluğu hiss olunurdu. O, çox yaxşı futbolçudur. Tez sağalmağını və meydançaya dönməsini ümid edirəm.

 

- Hücumun mərkəzində oyunun necə alındı?
- Bu suala cavab verə bilmərəm. Təbii ki, mənim üçün ən rahat mövqe sol cinahda oynamaqdır. Ancaq məşqçimizin istədiyi mövqedə oynayıram. Əsas odur ki, baş məşqçi oyunumdan razı qaldı.

 

- Qrupun son iki matçına necə motivasiya olacaqsınız?
- Bacardığımız qədər xal toplamağa çalışacağıq. İstəyirik ki, qrupda ən azından bir qələbə qazanaq. Bunun üçün var gücümüzü ortaya qoyacağıq.

Xəbər xətti