UEFA ÇL-nin və AL-nın qrup mərhələsinin IV turundan sonra klubların reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan klublarından siyahıda ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gələn Ağdam klubu aktivindəki 18,050 xalla 99-cu yerdə qərarlaşıb. Təmsilçimiz Salonikidə qazandığı qələbə ilə 11 pillə irəliləyib.
Bakıda “Sent-Etyen”ə uduzan (1:2) “Qəbələ” 7,800 xalla 181-ci pillədə qalıb.
9,800 xalı olan “Neftçi” 159-cu (0), 6,050 xalı olan “İnter” 219cudur (+1). Bakılılar Bolqarıstan “Slaven”i ilə eyni göstəriciyə malikdi. Aktivində 4,550 xalı olan “Xəzər Lənkəran” 274-cüdür.
“Kəpəz” 4,050 xalla 297-ci, “Bakı” isə 3,800 xalla 306-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 151,685 xalla Madrid “Real”ı başçılıq edir. “Bavariya” 146,756 xalla 2-ci, “Barselona” 136,685 xalla 3-cü pillədə qərarlaşıb.