Avropa Liqasının qrup mərhələsinin IV turu geridə qalıb.
Sportal.az xəbər verir ki, UEFA həftənin rəmzi komandasını hazırlayıb. Simvolik heyətdə "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da var.
Əlavə edək ki, təcrübəli futbolçu PAOK - "Qarabağ" (0:1) matçında oyunun ən yaxşısı seçilmişdi.
Qapıçı: Ralf Fermann ("Şalke")
Müdafiəçilər: Rəşad Sadıqov ("Qarabağ"), Vircil Van Dayk ("Sauthempton"), Numan Çürüksu ("Osmanlıspor")
Yarımmüdafiəçilər: Huan Hi Çan ("Zalsburq"), Julyano Poula ("Zenit"), Nikolae Stanku ("Anderlext"), Tayson ("Şaxtyor")
Hücumçular: Edin Ceko ("Roma"), Arits Aduris ("Atletik"), Musa Sou ("Fənərbaxça")
saytlarin hazirlanmasi