Rikardinyo: "Qrupda azından bir qələbə qazanmaq lazımdır" MÜSAHİBƏ

14:54 - 4 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qəbələ” doğma meydanda Fransanın “Sent-Etyen” klubuna 1:2 hesabı ilə məğlub olub.

 

Matçdan sonra “qırmızı qaralar”ın braziliyalı müdafiəçisi Rikardinyo Sportal.az saytına müsahibə verib.

 

- Çətin oyun idi. Qələbə qazanmağa çalışdıq, amma bunu bacarmadıq. Komandamız yaxşı oyunadı. Düşünürəm ki, biz papaqlarımızı göyə tullamalıyıq. Bu turnirdə yaxşı oyunlar sərgiləyirik. Necə lazımdısa, elə də davam etməliyik. Çünki hər bir halda bu, bizim xeyirimizədi.

 

- Qrupdan çıxmaq üçün heç bir şansınız yoxdur…
- Bunu bilirik. Növbəti oyunlarda çalışacağıq qələbə qazanaq. Əlbəttə, bu, bizim üçün çətin olacaq. Növbəti mərhələyə yüksəlmək istəyirdik. Qrupda azından bir qələbə qazanmaq lazımdır.

 

- Deyə bilərik ki, “Qəbələ” bundan sonra qrup mərhələsinin oyunlarına deyil, yalnız çempionat oyunlarına önəm verəcək?
- İndi həm Avropa Liqasının qrup mərhələsində çıxış edirik, həm də ölkə çempionatında. Hər oyunda qələbə qazanmağa çalışırıq, şansmız olsa da, olmasa da. Hazırda Premyer Liqada ilk pillədə qərarlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyub, çempion olaq.

Xəbər xətti