Şahin Diniyev: "Bu, "Kəpəz" kimi heyəti kasad olan komandanın oyununa təsir etdi"

16:59 - 5 Noyabr 2016

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sumqayıt”la keçirilən oyun haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, "CBC Sport"-a açıqlamasında bunları söyləyib:

 

“İtkilərimiz çox idi. Əsas heyət üzvlərindən 5 nəfər yox idi. İtkilər “Kəpəz” kimi heyəti kasad olan komandanın oyununa təsir etdi. İrəli baxmalıyıq. Əsas futbolçularımız qayıtdıqdan sonra oyunumuzu tapacağımıza inanıram”.

 

Təcrübəli mütəxəssis növbəti tur "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb:

 

“Qarabağ” nəinki “Kəpəz”dən Premyer Liqada çıxış edən 7 klubdan güclüdür. Ağdam təmsilçisi brend komandadır. Bu reallığı etiraf etmək lazımdır. Onların son uğurları hər birimizi sevindir. Çalışacağıq ki, mübarizə aparaq. Meydana xal qazanmaq üçün çıxacağıq”.

Xəbər xətti