Araz Abdullayev: "Nə qədər fikir verməsəm də, adama təsir edir" MÜSAHİBƏ

00:15 - 6 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində "Neftçi" doğma meydanda "İnter"i 2 - 1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın kapitanı Araz Abdullayev jurnalistlərin suallarını cavablanıdırıb.

 

- Oyundan əvvəl qələbəyə inanırdız?
- Əlbəttə. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Komanda yaxşı mübarizə apardı. "İnter" də güclü oynadı. Ancaq qələbəni daha çox biz istəyirdik. Rəqib isə əlinə düşən imkanlardan istifadə edə bilmədi. "Neftçi" azarkeşlərini təbrik edirəm.
 
- 90 dəqiqə azarkeşlər sənə qarşı təzyiq etdilər. Özünü necə hiss edirdin?
- Problem yoxdu. Nə olursan-olsun, meydana çıxanda komandaya fayda vermək barədə düşünürəm. Amma nə qədər fikir verməsəm də, adama təsir edir.
 
- Bilirik ki, səndən sonra ikinci kapitan Cavid İmamverdiyevdi. Bəs, sarğını niyə Mahir Şükürova verdin?
- Həmin vaxt çox yorğun idim. Yaxınımda da Mahir var idi deyə, ona verdim.
 
- Sizcə, bu qələbədən sonra "Neftçi"dən küsmüş azarkeşlər stadionlara gələcək?
- Bilirsiz ki, heyətimiz problemlidi. Ancaq maksimum çalışırıq ki, nəsə edək. 
 
- Penalti epizodunu necə şərh edərdin?
- Epizodun təkrarına baxmamışam. Ondan sonra da qol imkanlarımız oldu. Bunlardan istifadəı etsəydik, hesab 3:0 da ola bilərdi. 
 
- Bilsəydin ki, penalti yoxdu, topu bilərəkdən qapıdan kənara vurardın?
- Bu sual deyil də. Bilsəydim, penaltini kənara vurardım.

- Son zamanlar jurnalistlərdən qaçırsan...
- Mən uduzmağı qəbul etmirəm. Ancaq sizinlə problemim yoxdu.

Xəbər xətti