Azərbaycan Premyer Liqasında XI tura bu gün yekun vurulub.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Çempionatın lideri "Qəbələ" səfərdə AZAL-ın qonağı olub. Matç 0 - 0 hesablı bərabərliklə başa çatıb
İkinci oyun Zirədə keçirilib. "Qarabağ" səfərdə "Zirə"ni 2 - 0 hesabı ilə məğlub edib.
6 noyabr
Azərbaycan Premyer Liqası, XI tur
14:00 AZAL - “Qəbələ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
16:00 “Zirə” - “Qarabağ” 0:2
QOL: Danı Kintana, 69, Elvin Yunuszadə, 79
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu