Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində "Neftçi" doğma meydanda "İnter"i 2 - 1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın müdafiəçisi Mahir Şükürov jurnalistlərin suallarını cavablanıdırıb.
- Bilirdik ki, ağır oyun olacaq. Rəqibimiz çempionluğa oynayır. “İnter” Premyer Liqada bu mövsüm məğlubiyyət acısı yaşamamışdı. Məşqçilər heyəti rəqibi yaxşı analiz etdilər.
- Penalti epizodu haqda nə söyləyə bilərsən?
- Mən epizoddan uzaq idim. Elə bildim ki, ayağına dəyib. Referi epizoda yaxın idi. Bu qərar müzakirə ediləcək. Hakimlər həmişə düzgün olduqlarını deyiblər. Yəqin ki, yenə yanılmayıblar.
- Kapitanlıq bazubəndini niyə qəbul etmədiz?
- İstəyirəm ki, gənc futbolçular olsun. Meydanda olmağım kapitanlıq kimi bir şeydir.
- Oyun ərzində futbolçulara göstərişləri siz verirdiz...
- Komandanın ağsaqqalıyam. Futbolda 1-2 il “ömrüm” qalıb. Gənc futbolçular baxıb nə götürdü-götürdü. Çünki bundan sonra onlar oynayacaq.
- 5 legioner əvəzedici heyətə yollandı. Bunun oyunuza nə dərəcədə təsiri oldu?
- Heç bir təsiri olmadı. Baş məşqçimiz doğru qərar verib. Həmin oyunçulardansa, yerli uşaqlar oynasalar, daha yaxşı olar. Bilirik ki, yerli futbolçular gələcəkdə bizə kömək edəcəklər.
- Özünüzü necə hiss edirəm?
- Yaxşı hiss edirəm. 3-4 gün idi ki, bir az xəstələnmişdim. Keçib, gedəcək.
- Artıq çəkiniz var?
- 2 kq var idi. Onu da bu oyunda atmışam.
- Qələbələrini sıralaya biləcəksiz?
- Hər oyuna qələbə əzmi ilə çıxırdıq. Özümü tərifləmək kimi çıxmasın, amma mən meydanda 2-3 tur idi ki, yox idim. Meydanda olmağım futbolçular üçün stimuldur. Futbolçular arasında danışan, göstəriş verən yox idi. “İnter”lə oyunda mən bu funksiyanı yerinə yetirdim.