Rəşad Sadiqov: "Özləri bilər, allahları bilər" MÜSAHİBƏ

17:12 - 6 Noyabr 2016

Premyer Liqanın 11-ci turu çərçivəsində "Qəbələ" səfərdə AZAL-la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 0:0 hesablı bərabərliklə başa çatan matçdan sonra "qırmızı-qaralar"ın futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- AZAL döyüşkən komandadı. Oyun çətin keçdi. Bu stadionda oynamaq çox ağırdı. Süni örtük olsa da otdan əsər-əlamət yoxdu. Bu gün 2 xal itirdik. Çox qol epizodlarımız oldu, amma, yararlana bilmədik.

 

- Hakimlik haqda nə deyə bilərsən?

- Heç nə demək istəmirəm. Özünüz də gördüz. Bizim qapımıza elə penaltilər verirdilər ki. Ancaq bu gün Rikardinyoya qarşı kobudluq oldu, hakim qeydə almadı. Qəbələdə bizim qapımıza haqsız penaltilər təyin edirlər. Özləri bilər, allahları bilər.

 

- Oyundan sonra hakimə nə dedin?

- Heç nə, dedim ki, bizim qapımıza belə epizodlarda qorxmadan penal verirlərsə, siz niyə vermirsiz?

 

- Qriqorçukun tribunaya göndərilməyi ilə bağlı nə deyə bilrsən? Həmin epizoda yaxın idin.

- Baş məşqçilərin arasında mübahisə oldu.Bir-birilərinə qarşı aqressiv davrandılar.

Xəbər xətti