Azərbaycan Premyer Liqasının 11-ci turunu stadiondan izləyən azarkeşlərin sayı bəlli olub.
Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - “Sumqayıt” oyununu (0:0) 5000 azarkeş tribunalardan izləyib ki, bu da, son turda qeydə alınmış ən yüksək göstəricidi.
Turun antirekordu isə Şüvəlanda qeydə alınıb. AZAL-ın lider “Qəbələ”ylə oyununu (0:0) cəmi 200 tamaşaçı tribunalardan izləyib.
Digər oyunlardan 8-ci km stadionunda baş tutmuş “Neftçi” - “İnter” qarşılaşmasında (2:1) 1500, Zirə idman kompleksinin arenasında keçirilmiş “Zirə” - “Qarabağ” matçında (0:2) isə 1000 tamaşaçı qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 7700 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1925 azarkeş deməkdi.
saytlarin hazirlanmasi