Dəniz Yılmaz: "Ümid edirəm ki, DÇ-2018-in final mərhələsinə qatılacağıq"

10:44 - 7 Noyabr 2016

"Türkiyə yığmasından təklif gözləyirdim, ancaq qismət olmadı. Artıq yeni bir dönəmə başlayıram. Həyəcan var”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin "Bursaspor” klubunun futbolçusu Dəniz Yılmaza məxsusdu. 
 
Millimizdə oynamağa razılıq verən futbolçu DÇ-2018-in seçmə mərhələsində Şimalı İrlandiya millisinə qarşı oyun üçün yığmaya dəvət alıb. Bu barədə açıqlama verən hücumçu həyəcanlı olduğunu deyib: 
 
"Əlbəttə, Türkiyə millisinə dəvət aldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Ancaq çox sevincliyəm. Məni yeni ab-hava gözləyir. Çox xoşbəxtəm və Azərbaycan millisində oynamağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi Azərbayacan yığmasına yönəldirəm. Çalışacam ki, əlimdən gələni edim. Ümid edirəm ki, DÇ-2018-in final mərhələsinə qatılacağıq”. 
 
Qeyd edək ki, millimizin Şimali İrlandiya ilə oyunu noyabrın 11-də baş tutacaq.

 

Xəbər xətti