Premyer Liqamızın 11-ci turu çərçivəsində "Zirə" doğma meydanda "Qarabağ"a 0 - 2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin portuqaliyalı müdafiəçisi Migel Lorenso jurnalistlərin suallarını cavablanırıb:
- Məğlub oldunuz. Oyunla bağlı fikirlərini bildirərdin...
- Çox yaxşı oyun oldu, xüsusilə də birinci hissə. "Qarabağ" kimi komandalara qarşı oyunlarda əlinə düşən epizodlardan faydalanmasılan. Əks halda səni cəzalandıracaqlar. Bu gün də belə oldu. Biz ilk hissədə ələ düşən epizdları qola çevirə bilmədik və nəticədə ikinci hissədə "Qarabağ" əlinə düşən imkanlardan istifadə edib bizi cəzalandırdı.
- 1 saat demək olar ki, meydançada başa-baş mübarizə getdi. Son yarım saatda "Zirə" "Qarabağ"a nədə uduzdu?
- İki səhv hər şeyi həll elədi. "Qarabağ" kimi komandalara qarşı ehtiyatlı oynamalısan. Biz isə ikinci hissədə ehtiyatı əldən verdik. Üstəlik yorğunluq da hiss olunmağa başladı.
-"Qarabağ" Yunanıstan səfərindən sonra bu oyuna yorğun çıxmışdı. Üstəlik, heyətin aparıcı futbolçuları da yox idi. Həm də rəqibi evdə qəbul edirsiniz. Rəqibi məğlub etməyiniz üçün daha nə lazımdır?
- Son nəticələrimizə də baxsaq deyərdik ki, komandamız yaxşı oyun sərgiləyir. Düşünürəm ki, bu cür davam etsək "Qarabağ"ı da məğlub edə biləcəyik.