"Zirə" Premyer Liqanın 11=ci turunda doğma meydanda "Qarabağ"a 0 - 2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra zirəlilərin futbolçusu Nurlan Novruzov jurnalistlərin suallarını cavablandırıb:
- Nurlan, öncə oyunla bağlı fikirlərini bildirərdin...
- "Qarabağ"ın səhvlərindən istifadə edib qol vurmaq istəyirdik. İmkanlarımız da oldu Amma yararlana bilmədik. İkinci hissədə adi bir səhv buraxdıq və Kintana da bundan istifadə etdi.
- Avrokuboklara vəsiqə yoluna əsas rəqibiniz kim olacaq?
- "Qəbələ"di, "Kəpəz"di, "İnter"di. Növbəti turda Qəbələyə səfər edirik və həmin oyundakı hədəfimiz 3 xal olacaq.
- Şimali İrlandiya ilə oyun öncəsi milliyə dəvət gözləyirdin?
- Əlimdən gələni edirəm. Yəqin ki, baş məşqçi hələ məni milliyə hazır görmür.
- "Qarabağ" bu gün ideal durumda deyildi. İmkan var idi ki, onları məğlub edsiniz...
- Biz də bunu bilirdik ki, rəqib Yunanıstandan yorğun gəlib. Buna görə ilk hissədə daha çox hücum edirdik ki, qol vuraq. Amma alınmadı.
- İkinci qolda Reynaldonun hərəkətinə rəqib kimi, münasibətin maraqlıdı.
- Desəm ki, Reynaldo fantastik bir şey elədi... Ümumiyyətlə, o qolda konkret kimisə günahlandırmaq olmaz. O epizod Reynaldonun ustalığı idi.