Bakının "İnter” klubu Azərbaycan Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, komandanın 3 aparıcı futbolçusu cəzalı duruma düşüb. Bunlar kapitan Nizami Hacıyev, müdafiəçi Zurab Xizanişvili və hücumçu Ağabala Ramazanovdur.
Hər üç futbolçu son turda "Neftçi” ilə oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
saytlarin hazirlanmasi