Uzun müddətdən sonra yenidən futbola qayıdan Mahir Şükürov "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinin qonağı olub.
Sportal.az xəbər verir ki, "Neftçi"nin təcrübəli futbolçusu sözügedən proqramda ilk olaraq yenidən futbola qayıdışından danışıb.
"Futboldan ayrılmamışdım. Sadəcə, "Karşıyaka" ilə problemlərim var idi. Oyanayacağımı demişdim. Bilirəm ki, qayıdışımı çox adam istəmir. Amma Allah mənə güc verib. Özümü sübut etmişəm. Bilirdim ki, məşq edəndən sonra azarkeşlər həmin Mahiri görəcəklər. Tam hazır olduğumu demirəm. Hardasa, 70-80 faiz hazıram. Komandamın qələbəsində rolum varsa, bu, mənim üçün sevindirici haldı. Oyunumla göstərirəm ki, Mahiri hələ tez yaddan çıxarırlar. Mahir hələ oynayacaq. Mən fərdi olaraq məşq edirdim. Yaş bir o qədər də önəmli deyil. Zurab Xizanişvilinin 38 yaşı var. Özümdə güc hiss etməsəm, oynamaram. İki il də oynamaq istəyirəm. Tərlan Əhmədov, Yaşar Vahabzadə, Aslan Kərimov, Mahmud Qurbanov 38-39 yaşa qədər oynayıblar. Bu, "Neftçi"yə 3-cü qayıdışımdı. Mən heç vaxt "Neftçi"də pul söhbəti etməmişəm. Amma digər klublarla danışanda bildirmişəm ki, mən filan məbləği istəyirəm. Sadıq Sadıqova demişəm ki, müəllim, nə yazırsıza, özünüz yazın. İki oyundan sonra yüksək maaş almağa başladım" deyə, təcrübəli futbolçu bildirib.
saytlarin hazirlanmasi