Rəşad Sadıqov Londona getdi

19:16 - 10 Noyabr 2016

Rəşad Sadıqov milli komandamızın düşərgəsindən ayrılıb.

 

Sportal.az xəbər verir ki, kapitan İngiltərənin paytaxtı Londona gedib. Təcrübəli futbolçu orda tibbi müayinədən keçəcək. Müayinənin nəticəsindən sonra "Qarabağ"ın futbolçusunun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı məlum olacaq.

 

Qeyd edək ki, kapitan millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Şimali İrlandiya ilə oyunun hazırlıqlarında zədələnib.

Xəbər xətti