"Neftçi"nin Şikov problemi

21:16 - 10 Noyabr 2016

“Neftçi”nin legioneri Vançe Şikov Makedoniya millisinə dəvət alıb. Müdafiəçi İspaniya ilə oyun üçün düşərgəyə çağırılıb. Onun Elxan Abdullayev tərəfindən "Neftçi"nin əsas heyətindən uzaqlaşdırılması da bu dəvətə mane olmayıb.


Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Şikov vətəninə yollanmazdan öncə klub rəsmiləri ilə görüşüb. Ondan əvəzedici heyətdə qalması, yoxsa müqaviləni pozmaq istəyib-istəməməsi soruşulub. Makedoniyalı “müqaviləmin sonunadək burdan getmək fikrim yoxdu“ deyərək, bakılıların kefinə soğan doğrayıb.

 

 

 

 

Xəbər xətti