Millimiz Şimali İrlandiyaya darmadağın oldu YENİLƏNİB

01:39 - 12 Noyabr 2016

Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa keçirib. 

 

Sportal.az xəbər verir ki, yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olub. İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda da davam etdirməyi bacarmayıb. Meydan sahibləri millimizi 4:0 hesabı ilə darmadağın edib.

 

DÇ-2018, seçmə mərhələ

C qrupu

IV tur

 

23:45. Şimali İrlandiya - Azərbaycan  4:0

Qollar: Kayl Lafferti, 27, Qaret Makkauli, 41, Konor Maklafin, Kris Brant, 83

Baş hakim: Klemen Topren
Yan xətt hakimləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Vindzor Park” stadionu

 

Xəbər xətti