“Qarabağ”ın cənubi afrikalı futbolçusu Dino Ndlovu ölkəsinin mətbuatına açıqlma verib.
Sportal.az xəbər verir ki, “Sunday World” qəzetinə danışan hücumçu millidən imtina etdiyini söyləyib:
“Xoşbəxt deyiləm. Millidə oynamağa özümü həmişə hazır hiss etmişəm. Artıq hamı bilsin ki, yığmada oynamayacam. Komandanı nə qədər ki, Efraim Maşaba çalışdırır, mən ora gəlməyəcəm. Avropada uğurlu çıxış edən cənubi afrikalı futbolçlardan biri də mənəm. Amma məşqçi bunu görmür. Niyə? Onun məşqlərinə heç vaxt çıxmaram. Milliyə çağırsa da, getməyəcəm. Onun mənimlə problemi var. Yığmada ondan çox futbolçu narazıdır”.
Xatırladaq ki, Dino Ndlovu Cənubi Afrika millisinin heyətində 4 oyun keçirib.
Əlavə edək ki, bir müddət əvvəl Türkiyənin "Gənclərbirliyi" klubunun və Cənubi Afrika millisinin futbolçusu Tokelo Rantie yığma komandanın məşqində bədənindəki artıq qazları baş məşqçi Efraim Maşabaya doğru xaric etmişdi və bu səbəbdən millidən uzalaşdırılmışdı.
saytlarin hazirlanmasi