2016-2017-ci il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.
Sportal.az xəbər verir ki, bu haqda AFFA-nın saytı xəbər yayıb. AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
“Qarabağ” – 1 milyon 88 min 460 avro
“Qəbələ” – 733 min 660 avro
“Neftçi” – 458 min 620 avro
“İnter” – 58 min 660 avro
“Kəpəz” – 440 min avro (Klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək).