Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adıları var.
Ötən cədvəldə 473-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 6 pillə irəliyərək 467-ci yerə yüksəlib (1361 xal).
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 12 pillə irəliləyib. O, aktivindəki 969 xalla 595-cidir.
Siyahıya isə “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Onun aktivində 16954 xal var. 2-ci yerdə 14618 xalla Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone qərarlaşıb. "Real"ın baş məşqçisi Zinəddin Zidan isə 13784 xalla 3-cüdür.