“Neftçi” legioneri Krşevan Santini ilə yolları ayırmaq istəyir.
Sportal.az xəbər verir ki, rəhbərlik baş məşqçi Elxan Abdullayev tərəfindən "Neftçi"nin əsas heyətindən uzaqlaşdırılan xorvat qolkiperlə müqaviləyə xitam vermək niyyətindədir.
Lakin 29 yaşlı futbolçu paytaxt klubuna müqaviləsinin sonuna qədər komandada qalmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, "Neftçi" makedoniyalı müdafiəçi Vançe Şıkov la da yolları ayırmaq istəsə də, eyni cavabı almışdı.
Əlavə edək ki, Dario Melnyak və Katalin Tira "Neftçi"ni tərk edib.
saytlarin hazirlanmasi