Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura 2 qarşılaşma ilə start veriləcək.
Sportal.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutacaq. Turnir cədvəlinin lideri olan "Qəbələ" azarkeşləri önündə paytaxtın "Zirə" klubunu qəbul edəcək. "Qırmızı-qaralar" qələbə qazanacağı təqdirdə zirvədəki mövqeyini qoruya biləcək. Bu görüşün start fiti saat 15:00-da səslənəcək.
Günün ikinci qarşılaşması isə paytaxtda olacaq. "Qarabağ" öz meydanında Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Bu matç isə saat 18:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
XII tur
19 noyabr (şənbə)
15:00. "Qəbələ" – "Zirə" 1:0
Qol: Filip Ozobiç, 52
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
18:00. "Qarabağ" – "Kəpəz" 1:0
Qol: Dino Ndlovu, 17
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Suraxanı qəsəbə stadionu