Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sona "qartallar"ın baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini bildirib:
“Liderə qarşı oynayırdıq. Biz layiq olduğumuz qələbəni qazanmaq istəyirdik. Qol vurmaq imkanlarımız oldu, amma istifadə edə bilmədik. Uduzmağımızın əsas səbəbi də bu oldu. Məşqlərdə bu problemin üzərində işləməliyik. Bu gün 3 xal qazanmaq üçün əlimzdən gələni etdik”.
Adil Şükürov bildirib ki, qapılarına qol vurulmazdan əvvəl futbolçuları Cavid Tağıyevə qarşı hərəkətin qayda pozuntusu olduğunu zənn ediblər:
“Amma belə deyilmiş. Hakim epizoda yaxın idi. O epizodda qayda pozulmuşdusa belə, futbolçularımız dayanmalı deyil, axıra qədər oynamalı. Oyunçularımızın diqqətsizliyi qapımıza qolun vurulmasına gətirib çıxardı”.
saytlarin hazirlanmasi