"İnter" AZAL-ı, "Sumqayıt" "Neftçi"ni məğlub etdi YENİLƏNİB

17:49 - 20 Noyabr 2016

Bu gün baş tutacaq 2 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vuralacaq.

 

Sportal.az xəbər verir ki, günün ilk görüşü Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma meydanda "Neftçi"ni qəbul edəcək. Bu matç saat 14:00-da start götürəcək.

 

Günün ikinci qarşılaşması isə "İnter Arena"da baş tutacaq. Paytaxt derbisində "İnter" AZAL-ı sınağa çəkəcək. Turun son oyununun start fiti saat 16:00-da səslənəcək.

 

20 noyabr (bazar)

14:00.“Sumqayıt” – “Neftçi”  2:0

Qollar: Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
“Kapital Bank Arena”


16:00.“İnter” – AZAL  3:0

Qollar: Ruslan Abışov, 22, İlkin Qırtımov, 57, Slavik Alxasov, 68
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov 
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov 
“İnter Arena”

Xəbər xətti