“Kəpəz”in kapitanı Tural Axundov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qarabağ”la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- İlk hissədə o qədər də yaxşı oyun göstərə bilmədik. Lakin ikinci hissədə özümüzə gəldik və rəqib qapısı qarşısında bir neçə qol vəziyyəti yaratdıq. Təəssüf ki, bu vəziyyətlərdən yararlana bilmədik, bəxt bizdən yana deyildi. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm.
- Sanki komanda meydana istəksiz çıxmışdı...
- Xeyr, belə deyil. Biz hər oyuna eyni heyətlə çıxmırıq. Ötən matçda cəza səbəbindən mən oynamadım. Bu oyunda isə Kərim Diniyev və Dario oynamadı. Bu səbəbdən hər oyuna yaxşı köklənə bilmirik. Matça natamam heyətlə çıxırıq. Bəzi epizodlarda kobud səhvlər edirik. Düşünürəm ki, növbəti oyunlarda hər şey qaydasına düşər.
- Bu mövsüm ötən ilə nisbətən daha çox qırmızı vərəqə alırsınız. Bu, intizamla bağlıdır?
- Qırmızı vərəqəni ikinci sarı vərəqədən sonra alırıq. İntizamla əlaqəsi yoxdur.
- “Kəpəz” turdan-tura xal itirir. Məqsədiniz avrokuboklara düşməkdirsə, komanda problemin həll yolunu nədə görür?
- Bəli, məqsədimiz avrokuboklara getməkdir. Bu, futboldur, biz əlimizdən gələn hər şeyi edəcəyik.
- Ötən ilki heyətlə builki heyət arasında hansı fərqlər var?
- Builki komanda keçən ilə nisbətən çox güclüdür. Bəlkə də komandada istək yoxdur. Keçən il istək çox idi. Hər halda, rəhbərlik bu barədə bizimlə danışacaq.
- Komandanın kapitanı kimi futbolçulardan istəyin niyə olmadığını soruşmusan?
- Bəxt amili də biz tərəfdə olmur deyə, ruh düşkünlüyü yaranır.
- Fikrincə, komandada dəyişikliyə ehtiyac var?
- Əlbəttə..
- Premyer liqada komandaların azlığı sizə necə təsir edir?
- Çox komanda olması daha yaxşıdır. İndiki vəziyyətdə iki-üç turdan bir eyni komanda ilə qarşılaşırsan. Ancaq biz hər matça üç xal üçün çıxırıq.
saytlarin hazirlanmasi