Bu gün Azərbaycan çempionatının XII turu çərçivəsində baş tutan "İnter" - AZAL matçından əvvəl maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, iki azyaşlı uşaq AZAL klubunun soyunub-geyinmə otağına daxil olaraq formaları oğurlamaq istəyiblər. Stadionun mühafizəçiləri uşaqları hadisə zamanı tutaraq stadiondan kənarlaşdırıb.
Qeyd edək ki, bu olaydan sonra AZAL-ın çıxacağı qapıda mühafizəçilərin sayı artırılıb.