Premyer Liqanın 12-ci turunda neçə azarkeş qeydə alındı?

10:10 - 21 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 12-ci turu üçün azarkeş sayı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, turun rekordu Sumqayıtda qeydə alınıb. Burda “Sumqayıt”ın “Neftçi” üzərində qələbəsini (2:0) 1300 tamaşaçı tribunalardan izləyib.

 

Maraqlıdı ki, bu turda liderlər - “Qarabağ” və “Qəbələ”nin birlikdə ev oyununda bundan az sayda azarkeş qeydə alınıb. Qəbələ şəhər stadionundakı “Qəbələ” - “Zirə” qarşılaşmasını (1:0) 500, “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Kəpəz” matçını (1:0) isə 600 tamaşaçı tribunalardan izləyib.

 

Turun antirekordu isə “İnter Arena”da qeydə alınıb. “İnter”in AZAL-ı böyük hesabla məğlub etdiyi oyunda (3:0) cəmi 300 azarkeş olub.

 

Ümumilikdə turun 4 oyununu 2700 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 675 tamaşaçı deməkdi.

Xəbər xətti