Bolqarıstanlı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər

11:15 - 21 Noyabr 2016

Bolqarıstanın "Levski” klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Meridian Match” məlumat yayıb. Məlumatda bildirilir ki, Sofiya təmsilçisi aparıcı futbolçusu ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək niyyətindədi. Ancaq futbolçu qeyd edib ki, onunla yeni müqavilə imzalamaq asan olmayacaq.

 

Buna səbəb isə 26 yaşlı yarımmüdafiəçisinin Azərbaycan və Qazaxıstan klublarından təklif almasıdır. Mənbə iddia edir ki, Bolqarıstan millisinin üzvü yanvar ayına qədər "Levski” ilə müqavilə imzalamasa, Azərbaycan və ya Qazaxıstan klublarından birinə keçəcək. 
 
Qeyd edək ki, Kostadinov ötən il "Levski”yə azad agent kimi "Beroe Stara Zaqora” klubundan keçib. O, bu il Bolqarıstan yığmasına cəlb olunub və millinin heyətində 1 oyun keçirib. 

Xəbər xətti