Almaniyanın "Aue" klubunda çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov hazırda komandasında xoşbəxt deyil.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qış transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir. Buna səbəb isə futbolçunun az forma şansı qazanmasıdır. Nazarov yanvarda ona gələn təklifləri dəyərləndirəcək.
Dmitri Nazarova Almaniyanın II Bundesliqasında çıxış edən klublardan maraq var. Onun xidmətində həmçinin "Neftçi" də maraqlıdır.
Xatırladaq ki, Dmitri Nazarov bu yay "Karlsrue"dən ayrılaraq "Aue"yə keçib.
saytlarin hazirlanmasi