"Slovan"ın baş məşqçisi: "Bu vəziyyət məni çox narahat edir" MÜSAHİBƏ

12:26 - 21 Noyabr 2016

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Slovan” klubunun baş məşqçisi Yindrix Trpişovski Çexiya mətbuatına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- “Slovan” uğursuz oyunlar keçirir. Bu uğursuzluğa nə vaxt son qoyacaqsız?
- Komanda şəklində istədiyimiz kimi oynamırıq. Yarımmüdafiə və müdafiə xəttində səhvlər edirik. Futbolçularım istədiyim oyunu sərgiləmir. Bu da məni çox narahat edir. Onlarla çox söhbət etmişəm. Bəxtimiz də bəzən gətirmir. Ümid edirəm ki, öz oyunumuzu tapacağıq. Bunun üçün nəsə etməliyik.

 

- Sizcə, komandada ən çox nə çatmır?
- Bir daha söyləyirəm ki, futbolçular istədiyim oyunu sərgiləmirlər. Bu vəziyyət məni çox narahat edir. Əvvələr pozitiv oynayırdıq. İnsi isə əvvəlki müsbət enerjidən əsər-əlamət qalmayıb. Bütün problemləri aradan qaldırmağa çalışırıq.

 

- Milan Baroş da zədəlidir...
- Baroş “Yablonets”lə matçın ilk dəqiqələrində zədələndi. Məcburiyyətdən onu əvəz etdik. Çünki “Qarabağ”la oyunda bizə köməyi çox dəyəcək. Amma onun həmin oyunda forma şansı qazanacağını dəqiq bilmirik. Baroşun əzələsində zədə var. Məşqlərimizi süni örtüklü meydanda keçiririk. Təbii örtüklü meydana keçəndə bizə çətin olur. Amma bunu bəhanə etmək istməirəm.

 

- “Qarabağ”la oyun haqda nə fikirləşirsiz?
- “Qarabağ” güclü rəqibdir. Bu oyuna köklənmişik. Bu qarşılaşmadan əvvəl “Yablonets”ə uduzmağımız yaxşı olmadı. Amma düşünmürəm ki, bu, bizim oyuna ciddi təsir göstərsin. Komandada çatışmazlıqlar var və bunu aradan qaldırmalıyıq. “Qarabağ”la oyun az müddət qalıb. Çalışacağıq ki, yaxşı oyun sərgiləyək. Vəziyyətimiz düzəltmək üçün bizə çox vaxt lazımdır.

Xəbər xətti