Əliyar Ağayevə Avropa Liqasında növbəti təyinat

12:36 - 21 Noyabr 2016

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb. 

 

Sportal.az xəbər verir ki, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Şalke” (Almaniya) – "Nitsa” (Fransa) oyununu idarə edəcək.  
 
Əliyar Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.  Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

 

Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyun 24 noyabrda "Veltins-Arena"da keçiriləcək. 

Xəbər xətti