Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxacaq. 1/16 final mərhələsinə çıxmaq şansı olan “Qarabağ” səfərdə Çexiya “Slovan”ı ilə üz-üzə gələcək. Ağdam klubu bu matçda qələbə qazanacağı halda heç bir nəticədən asılı olmayaraq növbəti mərhələyə adlayacaq.
Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
J qrupu
22:00. “Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) 3:0
Qollar: Eqon Vüx, 11, Kolmiçenko, 57, 63
Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San-Marino)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)
Liberets. “U Nişi” stadionu