Avropa Liqasının qrup mərhələsində səfərdə “Qəbələ”yə qalib gələn (3:1) “Anderlext”in baş məşqçisi Rene Veyler oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Veyler oyunla bağlı bunları deyib:
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Əlimizdən gələni etdik və qalib gəldik.
- Buraxılan qolda komandanın qapıçısı Frank Boeksin nə dərəcədə səhvi oldu?
- Düşünmürəm ki, onun ciddi səhvi oldu.
- Gələcək oyunlar üçün Rufa şans verəcəksiz?
- Bizim başqa qapıçılarımız da var. Onu əvəz də edə bilərik.
- Bu oyuna tam hazır idiz?
- Bəli, oyuna tam hazır idik. “Qəbələ” evdə yaxşı oynayır. Şadam ki, bu oyunda qalib gəldik.
- Əvvəlki oyunlardan sonra tənqidlərə məruz qalmışdız. Bundan sonra da tənqidlərin davam edəcəyini gözləyirsiz?
- Tənqidlərə fikir vermirəm. Gələn oyunlarda da əlimizdən gələni edəcəyik ki, qalib gələk.
- Bu matça komadanın oyunundan razı qaldız?
- Bizim komanda əsasən, gənclərdən təşkil olunub. Səhvlər həmişə olur. Ancaq bu qarşılaşmada komanda yaxşı oyun sərgilədi.