Tahir Gözəl: "Bu gün ən yaxşı "Qarabağ"ı görmədim"

00:15 - 25 Noyabr 2016

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Çexiyanın "Slovan" klubuna 0 - 3 hesabıyla məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin vitse-prezidenti Tahir gözəl jurnalistlərin suallarını cavablandırıb:

 

"İkinci qoldan sonra komanda sındı.Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim. Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdü futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi".

 

Tahir Gözəl qrupdan çıxmaq üçün şansların hələ bitmədiyini bildirib: "Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadı. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldu. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq".

Xəbər xətti