Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Slovan" - "Qarabağ" matçı Çexiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Yindrix Trpişovski böyükhesablı qələbəni şərh edib.
"Qələbə bizim üçün çox vacib idi. Yerli azarkeşlərə qələbə söz vermişdik. Buna görə çox şadıq. Futbolçularım xoş sözlərə layiqdilər. Bu, bizim ən yaxşı oyunlardan biri idi. Bizim yerli çempionatla Avropa Liqası fərqlidi. Futbolçularım da hər iki cəbhədə fərqli oyun nümayiş etdirir. Son oyunda məğlub olmuşduq. Bundan sonra daha da pis oynamağa haqqımız yox idi. Futbolda hər şey ola bilir. Oyunun əvvəlində ilk qolu vurmağı bacardıq. İşimiz bundan sonra da asanlaşdı".
- Dünən qeyd emişdiz ki, 40-dan çox yaşım var, möcüzələrə inanmıram. Bu qələbədən sonra dünənki sözlərinizi təkzib edirsiz?
- Sizin tövsiyyənizə qulaq asdım. Gedib Liberetsdə gəzdim. Sirkə gedib, möcüzələrin necə yarandığını gördüm. Bu qələbənin arxasında möcüzə yox, komandanın yaxşı oyunu dayanır.
- "Slovan"ın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiz?
- Bizim üçün bu, böyük şansdı. Salonikiyə turist kimi getməyəcəyik. Çalışacağıq ki, qalib gələk. Bu gün də göstərdik ki, şansımız var. Bizi çətin oyunlar gözləyir. Nəzərə alaq ki, bu gün zədə səbəbi ilə bir neçə futbolçumuzun xidmətindən də yararlana bilmədik.
- Bu gün Azərbaycanda oyuna böyük maraq var idi. Ancaq siz xeyli azərbaycanlının ümidlərini puç etdiniz. Bunun fərqindəsiz?
- PAOK-u udmaq üçün hər şeyi edəcəyik. "Qəbələ" ilə oyunda "Qarabağ"a azarkeşlik edəcəm. Almeyda, Reynaldo, Kintanaya hörmətim var. Bakı bizim çox xoşumuza gəlmişdi. Azərbaycan azarkeşləri futbolu çox sevir. Bunu "Viktoriya" ilə oyunda da görmüşük.