UEFA ÇL-nin və AL-nın qrup mərhələsinin IV turundan sonra klubların reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan klublarından siyahıda ən yaxşı göstərici “Qarabağ”a məxsusdur.
Çexiyada “Slovan”a 0:3 hesabı ilə uduzan Ağdam klubu reytinqdə 5 pillə geriləyib. Təmsilçimiz aktivindəki 18,050 xalla 99-cu yerdə qərarlaşıb.
Bakıda “Anderlext”ə uduzan (1:2) “Qəbələ” 1 pillə geriləyərək 7,800 xalla 182-ci pillədə qərarlaşıb.
9,800 xalı olan “Neftçi” 160-cı (-1), 6,050 xalı olan “İnter” 220-cidir (-1). Aktivində 4,550 xalı olan “Xəzər Lənkəran” 276-cıdır (-2).
“Kəpəz” 4,050 xalla 297-ci (-1), “Bakı” isə 3,800 xalla 307-cı (-1) yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 159,256 xalla Madrid “Real”ı başçılıq edir. “Bavariya” 147,099 xalla 2-ci, “Barselona” 144,6256 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi