Avropa Liqasının qrup mərhələsinin V turu geridə qalıb.
Sportal.az xəbər verir həftənin oyunlarından sonra UEFA Avropa Liqasının statistik göstəriciləri açıqlanıb.
“Qarabağ”ın futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçuların siyahısında qərarlaşıb. Braziliyalı futbolçu 334 ötürmənin 299-da dəqiq oynayıb (90%). O, 1 pillə irəliləyərək siyahının 3-cü pilləsində qərarlaşıb.
İlk pillədə “Roma”nın futbolçusu Leanardo Paredesdir. 22 yaşlı argentinalı yarımmüdafiəçi 490 ötürmənin 457-də dəqiq oynayıb (93%). 2-ci pillədə isə “Zenit”dən Luiş Netodur. Portuqaliyalı müdafiəçi 368 ötürmənin 346-da səhvsiz olub (94%).
“Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba siyahının 6-cı pilləsində qərarlaşıb. Fransalı futbolçu 321 ötürmənin 290-da səhvsiz oynayıb (90%). “Zenit”in digər futbolçusu Aksel Vitsel isə 7-ci yerdədir. Belçikalı yarımmüdafiəçi 312 ötürmə verib və 303-də dəqiq oynayıb (97%).
Cədvəldə “Qarabağ”ın digər futbolçularından Ansi Aqolli və Qara Qarayev də var:
Ansi Aqolli – 245 ötürmə, 217-si dəqiq, 89 faiz
Qara Qarayev – 230 ötürmə, 212-i dəqiq, 92 faiz.
saytlarin hazirlanmasi