Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Sportal.az xəbər verir ki, turun görüşləri iki gün ərzində reallaşacaq.
Turun ilk görüşü Gəncədə baş tutacaq. "Kəpəz” doğma azarkeşləri qarşısında "Neftçi”ni qəbul edəcək. Azərbaycan derbisini hər iki komanda üçün vacib saymaq olar. Son 4 turda qələbə üzünə həsrət qalan "Kəpəz” uğursuzluğa əzəli rəqibi ilə qarşılaşmada son qoymağa çalışacaq. Çempionatın autsayderi olan "Neftçi” isə ilk dövrədə öz meydanında məğlub etdiyi "Kəpəz”i bu dəfə Gəncədə məğlub etmək üçün tərk tökəcək.
Günün ikinci oyunu isə Şüvəlanda, AZAL və "Sumqayıt” komandaları arasında baş tutacaq. Son turda "Neftçi”ni məğlub edərək turnir cədvəlindəki mövqeyini yaxşılaşdıran "Sumqayıt” bu dəfə sonuncu pillənin sahibini məğlub etmək üçün mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası
XIII tur
27 noyabr (bazar)
"Kəpəz” – "Neftçi” 2 - 0
Qollar: Orxan Əliyev, 27, Julien Ebah, 49
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu, 14:00
AZAL – "Sumqayıt” 1:1
Qollar: Nuqzar Kvirtiya, 38 - Amil Yunanov, 86 (pen.)
Qırmızı vərəqə: Adan Koronado, 85 (AZAL)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Vüsal Əliyev
"AZAL Arena”, 16:00