Səlahət Ağayev: "Azlıqda qaldığımız üçün iki xal itirdik" MÜSAHİBƏ

00:02 - 29 Noyabr 2016

Premyer Liqanın 13-cü turu çərçivəsində "İnter" səfərdə "Zirə"nin qonağı olub.

 

Sportal.az xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan qarşılaşmadan sonra "bankirlər"in qolkiperi Səlahət Ağayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun haqqında nə düşünürsən?

- Çətin matç keçdi. “Zirə” ilə səfərdə oynamaq asan deyil. Buna baxmayaraq, hesabda önə keçdik. Lakin son dəqiqələrdə qələbəni əldən verdik. Fikrimcə, azlıqda qaldığımız üçün iki xal itirdik.

 

- İkinci dövrənin bitməyinə bir tur qalıb. Fasilədən sonra komandadan hansı nəticələr gözlənilir, hədəflər nədir?

- Düşünürəm ki, avrokuboklarda mübarizə aparmaq üçün şanslarımız var. Heyətimizin də gücü buna imkan verir. Sona qədər çalışıb, əlimizdən gələni edəcəyik.

 

- Baş hakimin qərarlarından razı qaldınız?

- Deməzdim ki, hakim kobud səhvlər etdi. Skarlatake kobudluğa görə ikinci sarı vərəqəni aldı və meydandan qovuldu. Qərar doğru idi.

 

- Premyer liqada 8 komandanın olması rəqabətə necə təsir edir? Rəqabəti azaldıb, ya əksinə?

- Məncə, komanda az olduqda, mübarizə daha gərgin olur. Çempionatda zəif komanda yoxdur, hamısı bir səviyyədədir. Daha çox klub olanda, xal qazanmaq olurdu, indi daha çətindir. Bir oyun qələbə qazanırsan, yuxarı pilləyə qalxırsan, məğlub olursan, aşağı pilləyə enirsən.

 

- Belə bir fikir səslənir ki, çempionatda rəqabətsizlik var. Bu fikirlə razısan?

-  Xeyr. Əlbəttə ki, rəqabət var. “Qarabağ”la da, AZAL-la da oyun asan keçmir. 

 

- Rəhbərliyin dəyişməsinin kluba mənfi və ya müsbət təsirləri oldu?

- Heç bir mənfi təsiri olmayıb. Hazırda prezident vəzifəsini icra edən Rüfət Abdullayev əvvəl də bizimlə işləyib, lakin başqa vəzifədə. Hər şey qaydasındadır, daha yaxşıya doğru gedir.

Xəbər xətti