Premyer Liqamızın 13-cü turu çərçivəsində "İnter" səfərdə "Zirə"nin qonağı olub.
Sportal.az xəbər verir ki, 1 - 1 hesablı heç-heçəylə başa çatan görüşdən sonra qonaqların prezidenti Rüfət Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqqında fikirləriniz?
- İstərdik ki, qalib gələk. Lakin bu, futboldur. Qırmızı vərəqədən sonra problemlər yaşadıq. Bir nəfər əskik oynamaq çətindir. "Zirə"yə uğurlar arzu edirəm, gözəl oyun oldu.
- Komandada hədəf dəyişməyib?
- Xeyr. Əlimizdən gələn hər şeyi edəcəyik, vuruşacağıq.
- Fasilədən sonra klubdan hansısa futbolçu göndəriləcək?
- Xeyr, biz heyəti eyni saxlamaq fikrindəyik. Heç bir futbolçunu göndərməyəcəyik.
- Fasilədə təlim-məşq toplanışı olacaq?
- Bəli, yəqin ki, olacaq.
saytlarin hazirlanmasi