Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyununda liderlər üz-üzə gələcək. “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək.
Hər iki komandanın aktivində 28 xal var və qalib gələn tərəf vahid lider olacaq.
29 noyabr
Azərbaycan Premyer Liqası
XIII tur
19:00 “Qarabağ” – “Qəbələ” 2:1
Qollar: Riçard Almeyda 86 (pen.), Dino Ndlovu, 90+7 - Filip Ozobiç, 65
Qırmızı vərəqə: Riçard Almeyda, 90+4 ("Qarabağ")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena”