Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
- Oyunda hər şey göz qabağında idi. Meydanda əsl mübarizə gedirdi. Yaxşı oyun oldu, hakim də yaxşı olsaydı gözəl olardı. Belə hakimlərlə Azərbaycan futbolu qabağa gedə bilməz. Azərbaycanda ən potensialsız hakim kimi Rəhim Həsənovu görürəm. ”Qarabağ”ın futbolçuları ilə də aramızda belə söhbət olubdur. Rəhim Həsənov hansı oyuna düşsə, bardaq olur.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiz?
- Baş hakimin düz yanındayam, penaltini verəndən sonra köməkçilərindən birinə deyir ki, “Əjdaha, əlinə dəyəndə görmədin?”. Belə şey olmaz axı. Həmin epizodda futbolçumuzun ağsı qanayırdı. Top onun sifətinə dəymişdi. Görməmisənsə, niyə vermisən? Deməli, bizə qarşı qərəz var. Gül kimi oyunu korladılar.
- Gərginlik barədə nə deyərdiz?
- Rəqibin futbolçusu artıq-əksik hərəkət etdi. Udmusan, lap yaxşı, təbrik edirəm. Amma qeyr-etik jestlər lazım deyil. Bunu azarkeş etsə, başa düşmək olar. Amma bu hərəkəti futbolçu edirsə, deməli, səviyyəsi o qədərdir.
- Amma etirazlar çoxalırdı...
- Bəli, hamı etiraz edirdi. Gül kimi oyun idi. Etirazlar hakimlə bağlı idi. Çox səviyyəsiz şəkildə matçı idarə etdi. 97 dəqiqə niyə oynamlıyıq?
- Növbəti oyunlara necə hazırlaşacaqsız?
- Biz oyunlara hazırlaşacağıq. Belə oyundan sonra bir az çətin olacaq. Udduğun məqamda hakimin səhvlərinə görə məğlub olursan. Bu, komandanı ruhdan sala bilər. İnşallah toparlanarıq.
- Çempionluq şanslarından danışardın...
- Ümidimizi itirməmişik. “Qarabağ”la da 2 oyunumuz var. Bizi qarşıda uzun marafon gözləyir.
- Maraqlıdır, Rəhim Həsənovla üz-üzə gəlsən, nə deyərdin ona?
- Rəhim Həsənova nə lazımdısa, meydanda dedim.