"Qarabağ" Premyer Liqanın 13-cü turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov oyunun sonlarında baş verən xoşagəlməz hadislərlə və hakim idarəçiliyilə bağlı fikirlərini öz "facebook" səhifəsində paylaşıb.
"Hakimlik görünən tərəfdir...Ağacın budağını kəsməklə kök düzəlmir.
"Qarabağ", "Qəbələ" müstəqilliyini qoruyan iki klub...
Azərbaycanı qruplarda təmsil edən iki klub...
UEFA-dan kluba milyonlar gətirən iki klub...
Müşahidə Şurası olmayan iki klub...
AFFA və vasitəçilərin qəpik-quruşuna möhtac olmayan iki klub...
Futbola cavabdeh rəhbərlərin qurduqları "sistemi" pozan iki klub...
Şuralaşmış rəqabətsiz çempionatda rəqabət yaradan iki klub...
Bu "sistem"də dağılmağa məhkum ediləcək iki klub...
Azərbaycanda futbol ideoloqlarına güclü, arxalı klublar deyil, hər birinə "baş üstə"lər yeridilmiş buyruqqulular lazımdır. Onlara şuralaşmış Bakı çempionatı, Azərbaycan millisi əvəzinə AFFA yığması lazımdır. Vaxtilə millinin loqosunu federasiya embleminə dəyişənlərə güclü çempionat, bölgələrdə futbolun inkişafı gərəkli deyil. Öz yığmalarına 5-10 Eddi, Pavel, Turqutları gətirib milli himnimizin əvəzinə "gülümsən, gülümsən şeyda bülbülümsən" mahnısını oxumaq daha əzizdi.
"Top əli tapdı, əl topu tapdı"lara aldanmayın.
Hələ ki, gec deyil...Hələ ki, "Qarabağ", "Qəbələ" var xilas oluna bilərik. Bir olun futbolu təmənnasız sevən dəyərli azarkeşlər, bir olun "Neftçi", "Xəzər L.", "Gəncə", "Qarabağ", "Zaqatala", "Qəbələ", " Bakı", "İnter", "Sumqayıt", "Zirə", AZAL, "Turan"...bütün Azərbaycan!
Sizin birliyiniz futbola düşmən kəsilənlərin məğlubiyyəti deməkdir!"
saytlarin hazirlanmasi