Azərbaycan şirkəti "Bursaspor"la danışıqlar aparır

15:15 - 30 Noyabr 2016

Türkiyənin “Bursaspor” klubu yeni inşa etdirdiyi stadionu üçün Qətər və Azərbaycan təklif alıb.

 

Sportal.az xəbər verir ki, hazırda "Timsah Arena" adlandırılan stadionun adı üçün adıçəkilən ölkələr kluba müraciət ediblər. Bu haqda “timsahlar”ın vitse-prezidenti Ali Ademoğlu məlumat verib:

 

“Matçlarımızı keçirdiyimiz Bursa Böyükşəhər Bələdiyyə Stadionunun ad seçimi üçün Qətər və Azərbaycanın bir şirkəti ilə danışıqlar aparırıq. Önümüzdəki həftələrdə Qətərə gedəcəyik. Danışıqları davam etdiririk. Azərbaycanın enerji şirkəti də bizə təklif irəli sürüb. Amma heç nə dəqiqləşmədiyi üçün bu haqda çox danışmaq və şirkətin adını açıqlamaq düzgün olmaz”. 

 

Qeyd edək ki, "Timsah Arena"nın açılışı 2015-ci ilin dekabr ayında olub. Arenanın azarkeş tutumu 43 min 877 nəfərdir.

Xəbər xətti