Bu gün ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 4 qarşılaşma ilə 1/4 finalçıların tam siyahısı müəyyənləşib.
"Bayıl Arena"da "Şahdağ"la qarşılaşan "Kəpəz" rəqibini darmadağın edib. 5:1 hesablı qələbə qazanan Gəncə təmsilçisi 1/4 finala adlayıb.
"Turan Tovuz"un qonağı olan "Zirə" də mərhələni keçib. "Qartallar" I Divizon təmsilçisini 16) hesabı ilə məğlub edib.
Doğma meydanda "Zaqatala"nı qəbul edən "Qəbələ" 1/4 finala yüksəlib. Əsas və əlavə vaxtda hesab 2:2 qeydə alınıb. Penaltilər seriyasında dəqiq oynayan "qırmızı-qaralar" mərhələ adlayıblar.
Qeyd edək ki, ötən gün "İnter", "Sumqayıt", AZAL və "Neftçi" 1/4 finala vəsiqə qazanıb.
Ölkə kuboku
1/8 final mərhələsi
3 dekabr (şənbə)
13:00 “Turan Tovuz” – “Zirə” 0:1
Qol: Aleksandr Şemonayev, 80
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz şəhər stadionu
13:00 “Şahdağ” – “Kəpəz” 1:5
Qollar: Haqverdi Həsənov, 78 - Orxan Əliyev, 10, Şəhriyar Rəhimov, 12, Tural Qürbətov, 31, Tural Rzayev, 51, Ceyhun Cavadov, 87
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bayıl Arena”
15:00 “Qəbələ” – “Zaqatala” 2:2
Qollar: Vojislav Stankoviç, 13, Rəşad Eyubov, 45+1 - Sərxan Abdullayev, 32, Oruc Balaşlı, 64
Penaltilər: "Qəbələ" 4 - 1 "Zaqatala"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
17:00 “Qarabağ” – “Səbail” 5:0
Qollar: Dino Ndlovu, 21, 53, Dani Kintana, 32, Miger Madera, 55, Coşqun Diniyev, 81
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Azersun Arena”